CƏMİYYƏT


Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-dа Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi 1, Qusarçayın Kuzun və Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqələrində 2 santimetr azalıb, Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad, Şəmkirçayın Qalakənd, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Viləşçayın Şıxlar məntəqəsində suyun səviyyəsində 2, Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 90 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 67 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə eynidir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 11,5 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 17 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 15 faiz çoxdur.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 373 santimetr, su sərfi isə 131 kubmetr/saniyə təşkil edib,

Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 157 santimetr olub, Bankə məntəqəsində isə suyun səviyyəsi 3 santimetr azalaraq 88 santimetr olub, su sərfi isə saniyədə 20,3 kubmetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.