CƏMİYYƏT


Kür çayının Qıraqkəsəmən və Şirvan məntəqələrində suyun səviyyəsi artıb

Bakı, 8 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın bəzi çaylarında, xüsusən də, Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 70-150, Naxçıvan Muxtar Respublikasının çaylarında 5 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 160 kubmetr olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 130 kubmetr təşkil etməklə ongünlük normanın 80 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 82 kubmetr olmaqla ongünlük normanın 86 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 68 kubmetr təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə edilməyib. Belə ki, Kür çayının Şirvan və Araz çayının Novruzlu məntəqəsində 4 santimetr artım, Salyanda 6, Bankədə 4 santimetr azalma qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 (2017-ci il oktyabrın 8-də 432 sm), Şirvanda 195 (2017-ci il oktyabrın 8-də 343 sm), Salyanda 139 (2017-ci il oktyabrın 8-də 274 sm), Bankədə 173 (2017-ci il oktyabrın 08-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 santimetrə (2017-ci il oktyabrın 08-də 170 sm) bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.