CƏMİYYƏT


Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 13 santimetr azalıb

Bakı, 4 mart, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, martın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 115 kubmetr olmaqla ongünlük normanın 47 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 48 kubmetr təşkil etməklə ongünlük normanın 58 faizinə bərabərdir.

Martın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2, Şirvanda 10, Salyanda 13, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 352, Şirvanda 203, Salyanda 151, Bankədə 168, Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.