CƏMİYYƏT


Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 16 santimetr azalıb

Bakı, 3 dekabr, AZƏRTAC 

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 150-250 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 215 kubmetr olmaqla ongünlük normanın 137 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 112 kubmetr təşkil etməklə ongünlük normanın 146 faizinə bərabərdir.

Dekabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 4, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr artıb, lakin Salyanda 16, Bankədə isə 3 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 394, Şirvanda 281, Salyanda 229, Bankədə 218, Araz çayının Novruzlu məntəqəsində isə 96 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.