CƏMİYYƏT


Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi dörd santimetr azalıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çayında isə beş faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində üç santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 122 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 70 kubmetr təşkil etməklə ongünlük normanın 50 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 12 kubmetr təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində üç, Şirvanda iki, Salyanda dörd, Bankədə üç santimetr azalma, Araz çayının Novruzlu məntəqəsində isə bir santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 (2017-ci il sentyabrın 14-də 320 sm), Şirvanda 193 (2017-ci il sentyabrın 14-də 181 sm), Salyanda 151 (2017-ci il sentyabrın 14-də 135 sm), Bankədə 186 (2017-ci il sentyabrın 14-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 santimetrə (2017-ci il sentyabrın 14-də 58 sm) bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.