CƏMİYYƏT
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla onun 30-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla onun 30-70 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 131 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 79 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 48 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 50 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 67 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 313 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalaraq 161 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 6 santimetr azalıb və 75 santimetr olub. Bankə məntəqəsində isə suyun səviyyəsi 2 santimetr azalaraq 147 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi dəyişməyərək 18 santimetr olub.