CƏMİYYƏT


Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 16 santimetr artıb

Bakı, 7 dekabr, AZƏRTAC 

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 100-180 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 237 kubmetr olmaqla ongünlük normanın 151 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 109 kubmetr təşkil etməklə ongünlük normanın 142 faizinə bərabərdir.

Dekabrın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 5, Şirvanda 16, Salyanda 4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr artıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 434, Şirvanda 309, Salyanda 265, Bankədə 247, Araz çayının Novruzlu məntəqəsində isə 155 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.