CƏMİYYƏT


Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar məntəqəsində suyun səviyyəsi dəyişməyib. Lənkərançayın Sifidor məntəqəsində 4 , Təngərüdçayın Vaqo, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqələrində 1, Zəyəmçayın Ağbaşlar məntəqəsində 2 santimetr azalma qeydə alınıb. Kürəkçayın Toğana və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Məntəqədə su sərfi 170 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 108 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 11 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi dəyişməyib. Məntəqədə su sərfi saniyədə 28,7 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 37 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 41 faiz azdır.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi 126 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 26 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 94 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr artaraq 151 santimetr təşkil edib, Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 109 santimetr olub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.