CƏMİYYƏT


Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb

Bakı, 25 yanvar, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-100 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 70 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 54 kubmetr təşkil etməklə ongünlük normanın 81 faizinə bərabərdir.

Yanvarın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb. Kür çayının Surra və Salyan məntəqələrində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 427, Şirvanda 307, Salyanda 275, Bankədə 239, Araz çayının Novruzlu məntəqəsində isə 150 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.