CƏMİYYƏT


Kür çayının Şirvan və Salyan məntəqələrində suyun səviyyəsi 12 santimetr azalıb

Bakı, 11 mart, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-50 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 152 kubmetr olmaqla ongünlük normanın 57 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetr təşkil etməklə ongünlük normanın 47 faizinə bərabərdir.

Martın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda və Salyanda 12, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsi dəyişməyib.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 320, Şirvanda 143, Salyanda 71, Bankədə 167, Araz çayının Novruzlu məntəqəsində isə 27 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.