CƏMİYYƏT


Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 35 santimetr artıb

Bakı, 1 aprel, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 110-190 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, aprelin 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 200 kubmetr olmaqla ongünlük normanın 43 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 96 kubmetr təşkil etməklə ongünlük normanın 70 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində 35, Salyanda 20, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr artım, Şirvanda 4 santimetr azalma qeydə alınıb, Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 388, Şirvanda 163, Salyanda 127, Bankədə 167, Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.