CƏMİYYƏT


Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 40 santimetr artıb

Bakı, 2 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-160, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 70 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, aprelin 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 495 kubmetr olmaqla ongünlük normanın 106 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 195 kubmetr təşkil etməklə ongünlük normanın 42 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 189 kubmetr olmaqla ongünlük normanın 137 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 64 kubmetr təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 40, Şirvanda 12, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 31 santimetr artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 366 (2017-ci il aprelin 02-də 391 sm), Şirvanda 163 (2017-ci il aprelin 02-də 235 sm), Salyanda 93 (2017-ci il aprelin 02-də 160 sm), Bankədə 167 (2017-ci il aprelin 02-də 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 santimetr (2017-ci il aprelin 02-də 95 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.