CƏMİYYƏT


Kür çayının Zərdab rayonundan keçən hissəsində batan şəxslərdən sonuncusunun da meyiti tapılıb

Bakı, 11 iyul, AZƏRTAC 

Kür çayında batan şəxslərdən sonuncusunun da meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 9-da Kür çayının Zərdab rayonunun Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti saat 12:00-da nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 9-da eyni ərazidə batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti həmin gün, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti isə bu gün saat 10:30-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.