CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb

Bakı, 9 fevral, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-90 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 125 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə normanın 93 faizinə bərabərdir.

Fevralın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Şirvan məntəqələrində 2, Bankə və Salyanda 1 santimetr azalıb, Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr artıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 419, Şirvanda 301, Salyanda 266, Bankədə 235, Araz çayının Novruzlu məntəqəsində isə 155 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.