İQTİSADİYYAT


“Kürdəmir” Elektrik Şəbəkəsi Müəssisəsi üzrə istehlak artıb

Bakı, 21 oktyabr AZƏRTAC

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Kürdəmir” Elektrik Şəbəkəsi Müəssisəsi üzrə cari ilin 8 ayında, ümumilikdə 92,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 5,3 milyon kilovat-saatdan çox, ödəniş isə 12 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 2013-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 milyon kilovat-saata yaxın azalaraq, təxminən 31,4 milyon kilovat-saat təşkil edib. Ödənişdə artım qeydə alınıb.

Şəbəkənin xidmət göstərdiyi ərazilərdə son vaxtlar texniki istismar səviyyəsinin yüksəldilməsi, rayon əhalisi arasında aparılan məqsədyönlü tədbirlər, eləcə də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına qarşı görülən işlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.