CƏMİYYƏT


Kürdəmir-Şirvan yolunda baş verən qəzada yaralananlara lazımi tibbi yardım göstərilir

Bakı, 11 avqust, AZƏRTAC

Kürdəmir-Şirvan yolunda iki avtobus, bir minik avtomobili toqquşub. İlkin məlumata görə, 19 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xəsarət alanlardan 10-u Şirvan Mərkəzi Rayon Xəstəxanasına (MRX), 9-u isə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra bu tibb ocağına 6 qadın, 2 kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıdakı Travmatologiya İnstitutuna (qolun amputasiyası), 2 kişinin isə Kliniki Tibbi Mərkəzə göndərilməsi qərara alınıb.

Şirvan MRX-a isə 4 kişi və 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə-beyin travmasının olduğu ehtimal edilir.

Yaralıların hamısına lazımi tibbi yardım göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.