REGİONLAR
Kürdəmir kümçüləri “Azəripək” MMC-yə 20 tondan çox barama təhvil veriblər
Kürdəmir, 20 iyun, AZƏRTAC
Kürdəmir rayonunda barama tədarükü davam edir. Kümçülər indiyədək “Azəripək” MMC-yə 20 min 56 kiloqramdan çox barama təhvil veriblər.
Rayon Statistika İdarəsindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə rayon üzrə 25 yaşayış məntəqəsi olmaqla, 195 ailəyə 520 qutu (9880 qram) ipəkqurdu toxumu paylanılıb. Qaramahmudlu, Carlı, Yenikənd, Köhünlü, Sovla, Qarasaqqal, Qocalı və digər kəndlərdən olan kümçülər yüksək peşəkarlıqla bol məhsul yetişdiriblər.
Qeyd edək ki, son illər bölgədə vaxtilə ənənəvi sahə olan, bir aydan bir qədər çox müddətə yaxşı gəlir gətirən baramaçılığa maraq getdikcə artır. Təsadüfi deyildir ki, indiyədək istehsal edilən barama ötən il ümumilikdə satılan məhsuldan 8 min 544 kiloqram çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]