REGİONLAR


Kürdəmir polisi 12 baş iribuynuzlu heyvan oğurlayan şəxsi saxlayıb VİDEO

Kürdəmir, 8 iyul, AZƏRTAC

Kürdəmirdə oğurluq hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qarabucaq kənd sakini Fərzəliyev Məhərrəm Səfiyar oğlu rayon polis şöbəsinə ərizə ilə müraciət edərək çöl otlaq sahəsindən ona məxsus 12 baş iribuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqda şübhəli bilinən Qəbələ rayonunda qeydiyyatda olan və hazırda Kürdəmir rayonunun Qarabucaq kəndində yaşayan Əhmədli İlkin Vəlimət oğlu saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

İlkin dindirmə zamanı o, törətdiyi əməli etiraf edib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.