CƏMİYYƏT


Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub

Bakı, 29 iyul, AZƏRTAC

Kəlbəcər rayon sakini C.Quliyev idarə etdiyi “Opel” markalı avtomobili Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində xəsarət alan sürücü və sərnişini - əmisi Rəfail Quliyev xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.