Kürdəmir və Ağsu elektrik şəbəkələri üzrə təmir-bərpa işləri aparılır
AzerTAg.az
Bakı, 4 dekabr, AZƏRTAC
“Kürdəmir” Elektrik Şəbəkəsi Müəssisəsində təmir-bərpa işləri həyata keçirilib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiirlib ki, şəbəkənin 35/10 kilovoltluq (kV) “Mollakənd” yarımstansiyasında bəzi avadanlıqlar əsaslı təmir olunub, 10 kV-lik elektrik verilişi xəttinin 9 kilometrə yaxın hissəsi dəyişdirilib. Bu işlər 0,4 kV-lik elektrik verilişi xəttində davam etdirilir. Transformator məntəqələrində də müvafiq işlər görülüb.
Ağsu rayonunun kənd və qəsəbələrində istehlakçıların daha keyfiyyətli enerji ilə təmin olunması üçün bir sıra işlər görülüb. “Ağsu” elektrik şəbəkəsinin balansında olan 10 kV-lik və 0,4 kV-lik elektrik verilişi xətlərində, 17 transformator məntəqəsində təmir işləri aparılıb.
Bununla yanaşı, 60-dan artıq sayğac yenisi ilə əvəzlənib, 50-yə yaxın elektron sayğac yaşayış evlərinə quraşdırılıb və s. işlər görülüb.
Xəbərin mətnində orfoqrafik səhv var