REGİONLAR


Kürdəmirdə 38 min 400 hektardan çox sahədə taxıl əkilib

Kürdəmir, 29 noyabr, AZƏRTAC

Kürdəmir taxılçıları payızlıq əkin kampaniyasını sürətlə davam etdirirlər və artıq 38 min 403 hektar sahədə səpin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər bu mühüm kampaniyanın yaxın vaxtlarda başa çatdırılması üçün bütün qüvvələrini səfərlər ediblər. Əkin üçün əlverişli olan günlərdə sahələrə 20-dək səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, daha çox taxıl əkilən Qarasaqqal, Cəyli, Muradxan, Qarasu, Karrar və bir sıra digər ərazi dairələrində səpin daha mütəşəkkil, yüksək aqrotexniki tələblər səviyyəsində aparılır.

Cari mövsümdə rayonda 50 min hektarda taxıl əkiləcəyi proqnozlaşdırılır. Bu günədək əkilən sahələrin 11 min 25 hektarı buğda, 22 min 328 hektarı arpadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.