REGİONLAR


Kürdəmirdə 897 hektar sahədə yazlıq kartof əkilib

Kürdəmir, 2 mart, AZƏRTAC

Kürdəmir rayonunda yazlıq kartof əkini başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartofçuluq Kürdəmirdə ənənəvi təsərrüfat sahəsidir. Xüsusilə Kürqırağı ərazilərdə fermerlər və fiziki şəxslər ilboyu bazarlarda yüksək tələbat olan, ailə büdcəsinə yaxşı gəlir gətirən bu sahəyə böyük maraq göstərirlər. Ötən il 895 hektardan 13 min 571 ton kartof istehsal edən torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 897 hektarda yazlıq əkin aparıblar. Hər il olduğu kimi bu il də Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Mehdili, Qocalı, Köhünlü və bir sıra digər ərazi dairələrində yazlıq kartof əkini optimal müddətdə və yüksək aqrotexniki qaydada aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.