REGİONLAR


Kürdəmirdə 915 hektarda yazlıq kartof əkilib

Kürdəmir, 15 aprel, AZƏRTAC

Kürdəmirdə yazlıq kartof əkini kampaniyası uğurla başa çatıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, torpaq mülkiyyətçiləri builki mövsümdə 915 hektarda yazlıq kartof əkiblər. Bu da ötən ildəkindən 5 hektar çoxdur. Yazlıq kartof əkini əsasən Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Mehdili, Qocalı, Ərəbqubalı, Köhünlü və bir sıra digər ərazi vahidlərində aparılıb.

Qeyd edək ki, bölgədə kartofçuluq ənənəvi sahədir və sahibkarların bu sahəyə marağı ildən-ilə artır. Təsadüfi deyil ki, keçən il rayonda kartof istehsalı əvvəlki illərə nisbətən artaraq 15 min 842 tona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.