MƏDƏNİYYƏT


Kürdəmirdə Kukla Teatrının ilk tamaşası olub

Bakı, 12 noyabr, AZƏRTAC

Kürdəmir rayonunda ilk dəfə olaraq Kukla Teatrı fəaliyyətə başlayıb. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rayon mədəniyyət mərkəzinin nəzdində fəaliyyətə başlayan teatr “Cırtdan” kukla tamaşasını nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, teatrın ilk tamaşası rayon və kəndlərdən olan azyaşlı uşaqlar, onların valideyn və müəllimləri tərəfindən maraqla qarşılanıb.

Teatrın quruluşçu rejissoru Nazim Çıraqovun verdiyi məlumata görə, tamaşada iştirak edən aktyorların əksər hissəsini rayon mədəniyyət mərkəzində çalışan istedadlı gənclər təşkil edir. Gələcəkdə yeni tamaşaların səhnələşdirilməsi və digər rayonlarda da nümayiş olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.