REGİONLAR


Kürdəmirdə “Musiqi beşiyi – Şuşa” adlı tədbir keçirilib

Kürdəmir, 17 mart, AZƏRTAC

Kürdəmirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin, Heydər Əliyev Mərkəzinin və rayon Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Musiqi beşiyi – Şuşa” adlı tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin direktoru Nicat Ağarəhimov Azərbaycanın mədəniyyət incisi olan Şuşa haqqında, bu qədim diyarın görkəmli xadimləri barədə danışıb, Prezident İlham Əliyevin tapşırığı ilə görülən tikinti-quruculuq və yenidənqurma işlərindən bəhs ediblər.

Sonra tədbir rayon mədəniyyət işçilərinin ifasında maraqlı konsert proqramı ilə davam edib. Gənclərin ifasında təqdim olunan “Naz eləmə” və “İgidlər” rəqsləri, “Qara qız”, “Şuşanın dağları” mahnıları, nağaraçılar qrupunun çıxışı və fləşmob iştirakçılarda xoş təəssürat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.