Kürdəmirdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib
AzerTAg.az
Kürdəmir, 13 may, AZƏRTAC
Kürdəmir Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Möhübbət Əzimov adına Atakişili kənd orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vahid Məhərrəmov çıxış edərək gənclərin və yeniyetmələrin həyatında narkomaniyanın törədə biləcəyi pis vərdişlərdən və ağır fəsadlardan danışıb, bu bəlaya qarşı rayonda aparılan mübarizə tədbirlərindən söz açıb. Vurğulanıb ki, bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizə hər kəsin vəzifəsi olmalıdır.
Sonra bir narkoman ailəsinin başına gələn faciələrdən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə polis şöbəsinin əməkdaşı Vahid Məhərrəmov, məktəbin direktoru Aytən Əkbərova şagirdlərlə maarifləndirici söhbətlər aparıb, onları maraqlandıran sualları cavablandırıblar.




Xəbərin mətnində orfoqrafik səhv var