Kürdəmirdə Polis Günü qeyd olunub
AzerTAg.az
Kürdəmir, 2 iyul , AZƏRTAC
Kürdəmirdə 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov əlamətdar gün münasibətilə polis işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışlarda Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğu, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşan ictimai-siyasi sabitlik şəraitində inkişafına mühüm töhfələr verdiyi vurğulanıb.
Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.





Xəbərin mətnində orfoqrafik səhv var