REGİONLAR


Kürdəmirdə Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət edilib

Kürdəmir, 20 iyul, AZƏRTAC

Kürdəmirdə Qurban bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhid ailələri və qazilər ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allah adına qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar edilir, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilir. Kürdəmir Rayon İcra Hakimiyyəti də müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrini, müharibə əlillərini və kimsəsizləri, ümumilikdə 266 ailəni təbrik edib, onlara ərzaq yardımı göndərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.