REGİONLAR


Kürdəmirdə şəhidlərin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib

Kürdəmir, 22 sentyabr, AZƏRTAC

Kürdəmir rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə sentyabrın 21-22-də ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsinə həsr olunmuş gənclər arasında şahmat üzrə rayon turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev parkında açıq havada təşkil olunan turnirdə Kürdəmir Regional “ASAN xidmət” mərkəzinin, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, idman könüllüləri iştirak ediblər. Yarışın açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda şahmatçılar iki yaş qrupunda mübarizə aparıblar. Maraqlı və gərgin keçən oyunların nəticələrinə əsasən 16 yaşadək şahmatçılar arasında I yerə Amin Əzizov, II yerə Famil Hacıyev, III yerə isə Adil Haqverdiyev layiq görülüblər. Gənclər arasında keçirilən yarışda I yeri Pünhan Məmmədov, II yeri Heydər Tağızadə, III yeri isə Ələddin Omarov və Elman Əhmədov tutublar. Qalib gələn gənclərə rayon Gənclər və İdman İdarəsinin diplomları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.