REGİONLAR


Kürdəmirdə YAP-ın yaranmasının 28-ci ildönümü qeyd olunub

Kürdəmir, 20 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 28-ci ildönümü münasibətilə noyabrın 20-də YAP Kürdəmir rayon təşkilatının qərargahında videokonfrans keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, Qadınlar Şurasının və Gənclər Birliyinin şura üzvləri, gənclər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib. V.Əsgərli çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçılarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən başlanan və 44 günə başa çatan Böyük Qələbəsindən, bu gün daha bir şəhərin-Ağdamın təhvil verilməsindən danışıb, bu münasibətlə videokonfrans iştirakçılarını təbrik edib.

YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Rauf Abuşov videokonfrans iştirakçılarını Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyanın cəmiyyətdə aparıcı rolundan danışıb. Rauf Abuşov qeyd edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb, ağır dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq olmazdı. Olduqca çətin bir şəraitdə yaranan bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha ulu öndər Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir. Müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla addımlayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm tarixini yaşayır və partiyamız cəmiyyətin bütün təbəqələrini əhatə etməklə öz sıralarında yüz minlərlə vətəndaşı birləşdirən, siyasi-ideoloji güc mərkəzidir. Rauf Abuşov erməni qəsbkarları üzərində qazanılan Böyük Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandanımıza və onun rəhbərliyi ilə bu tarixi qələbə sevincini bizə yaşadan rəşadətli Ordumuza sonsuz təşəkkürünü ifadə edib.

Videokonfransda YAP rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, Karrar kənd tam orta məktəbinin direktoru Mais Bayramov, rayon təşkilatının idarə heyətinin üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova çıxış ediblər. Natiqlər vurğulayıblar ki, 1992-ci ilin noyabrın 21-i Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik bir gündür. Bu gün müasir Azərbaycan tarixində öz yeri, öz çəkisi və siyasi gücü olan, ölkəmizin inkişafında müstəsna xidmətləri olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının təsis olunduğu bir gündür. Natiqlər Azərbaycanın 28 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Onlar ümummilli lider Heydər Əliyevin və layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizi daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıblar.

Natiqlər qeyd ediblər ki, bu günlər hər bir Azərbaycan vətəndaşının həyatında ən xoşbəxt günlər yaşanır. Noyabr ayında ardıcıl bayram təqvimlərinə noyabrın 8-i Şuşanın azad olunması və noyabrın 10-u Qələbə günləri də şərəflə əlavə olunub. Milli şüarımıza çevrilən “Qarabağ Azərbaycandır!” gerçəyi reallaşdı. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirən xalqımız Qarabağımızı özümüzə qayıtdığının sevincini yaşadı. Bunun təməlində, heç şübhəsiz, xalqın öz liderinə sonsuz inamı, yurd, torpaq sevgisi və liderin də xalqa arxalanması dayanır. Rəşadətli Ordumuz sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.