CƏMİYYƏT


Kürdəmirdə "İslam dinində şəhidlik anlayışı” mövzusu müzakirə olunub

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən “N” hərbi hissəsinin birgə təşkilatçılığı ilə "İslam dinində şəhidlik anlayışı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən bəhs olunub. Həmçinin İslamın Vətən sevgisi, şəhadət kimi məfhumlara münasibətindən danışılaraq hərbçilərin döyüş ruhunun qaldırılmasında mənəvi dəyərlərimizin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, qazilik və şəhidlik anlayışı məhz İslam dininə xas olan anlayışlardır. Yalnız bu dində şəhidlik ali məqam sayılır və müqəddəs hesab olunur.

Tədbir mövzu ilə bağlı qaldırılan suallar ətrafında müzakirələrlə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.