Kürdəmirdə artıq 933 nəfər vətəndaş vaksinasiya olunub
AzerTAg.az
Kürdəmir, 20 fevral, AZƏRTAC
Kürdəmir rayonunda vətəndaşların COVID-19 infeksiyasına qarşı peyvənd olunması planlı şəkildə davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, fevralın 15-dən etibarən yaşı 50-dən yuxarı olan sakinlər vaksinasiya olunurlar. Vətəndaşların vaksinasiyası rayon mərkəzi xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində həyata keçirilir. Artıq 933 nəfər sakin peyvənd olunub. Onlardan 480 nəfərin yaşı 65-dən yuxarıdır.
Vaksinasiya prosesinə əhalinin aktiv cəlb edilməsi üçün təşkil olunan modul qruplar ciddi səy göstərir. Qruplar evlərə gedərək əhali arasında təhlükəli virusa qarşı peyvəndin zəruriliyi ilə bağlı maarifləndirmə işləri aparırlar. Habelə peyvənd olunmaları üçün qaydalara uyğun qeydiyyatdan keçmələrinə köməklik göstərirlər.


Xəbərin mətnində orfoqrafik səhv var