REGİONLAR


Kürdəmirdə avtomobil su kanalına düşüb VİDEO

Kürdəmir, 26 iyun, AZƏRTAC

Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib. Belə ki, sürücü Kürdəmir rayonunun Atakişili kənd sakini 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov “Nissan” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı sürücü Sərxan Kərimov və onun sərnişinləri 25 yaşlı Samirə Elxan qızı Kərimova, 2 yaşlı Aylin Sərxan qızı Kərimli və 1 yaşlı Cəlil Sərxan oğlu Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.