REGİONLAR


Kürdəmirdə avtomobilin kanala düşməsi nəticəsində üç nəfər xəsarət alıb VİDEO

Kürdəmir, 30 iyun, AZƏRTAC

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə iyunun 30-da gecə saat 02 radələrində Kürdəmir-Zərdab yolunun rayonun Ərəbxana kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini 26 yaşlı Elnur İbrahimzadə “Mersedes Vito” markalı avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq kanala düşüb.

Hadisə nəticəsində sürücü E.İbrahimzadə və sərnişinləri Bakı şəhər sakini 23 yaşlı Abbaszadə Nəzrin Elşən qızı və Kürdəmir rayon sakini 22 yaşlı İbrahimov Mehman Şaban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.