REGİONLAR


Kürdəmirdə barama tədarükü başa çatıb

Kürdəmir, 21 iyun, AZƏRTAC

Kürdəmir rayonunun kümçüləri barama tədarükünü başa çatdırıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 176 kümçü tərəfindən 500 qutu (9500 qram) ipəkqurdu toxumu bəslənilib, “Azəripək” MMC-yə 13 ton 680,2 kiloqram yaş barama təhvil verilib.

Qeyd edək ki, baramaçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Təsadüfi deyil ki, burada onlarca peşəkar kümçü var. Builki mövsümdə Çohranlı kəndindən Mübarız Hacıyev 2 qutu (38 qram) ipəkqurdu toxumundan 166,5 kiloqram yaş barama tədarük edib. Habelə, Mollakənddən Adgözəl Şahbazova 40 qram, Köhünlüdən Abduləziz Xəlilov 42 qram, Xırdapaydan Əhmədağa İsgəndərov 105 qram ipəkqurdu toxumundan müvafiq olaraq 133,2 kiloqram, 120,7 kiloqram və 253 kiloqram yaş barama istehsal ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.