REGİONLAR
Kürdəmirdə barama tədarükünə başlanılıb
Kürdəmir, 7 iyun, AZƏRTAC
Kürdəmir rayonunda yaş barama tədarükünə başlanılıb və mövsümün ilk günündə istehsalçılardan 1353 kiloqram məhsul qəbul olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 253 kümçü tərəfindən 825 qutu (15675 qram) ipəkqurdu bəslənilib və bol məhsul yetişdirilib. Rayonun Qaramahmudlu, Sovla, Mollakənd, Carlı, Yenikənd, Köhünlü, Qocalı və digər yaşayış məntəqələrində kümçülər daha yüksək məhsuldarlığa nail olublar.
Mövsümün ilk günündə Sovla kəndindən Ərzuman Məmmədov məntəqəyə 115 kiloqram, Qaramahmudlu kəndindən Əlisa Azayev 111,6 kiloqram, Qocalı kəndindən Sənan Məmmədov 95,4 kiloqram yaş barama təhvil veriblər. Yaş barama “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilir.
Rayon üzrə cari mövsümdə 33 tondan çox yaş barama tədarükü gözlənilir ki, bu da ötən ildəkindən 13 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]