REGİONLAR


Kürdəmirdə bu payız 165 min ədəd tut tingi əkiləcək

Kürdəmir, 27 noyabr, AZƏRTAC

Kürdəmir rayonunda baramaçılığın möhkəm yem bazasının yaradılması istiqamətində ardıcıl tədbirlər görülür.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki payızda 165 min ədəd tut tingi əkiləcək və beləliklə, bağlardakı mövcud ağacların sayı 300 minə çatacaq. Payız mövsümü başlayandan bəri ayrı-ayrı ərazilərdə salınan bağlarda 30 minə yaxın ting əkilib. Tinglər rayonun, xüsusilə baramaçılığın ənənəvi təsərrüfat sahəsi olduğu Köhünlü, Qaramahmudlu, Sovla və bir sıra digər yaşayış məntəqələrinin ərazilərində daha çox əkilib.

Ting əkini davam edir. Yeni tut bağlarının salınmasında 110 min ədəd yerli, 55 min ədəd isə Çindən gətirilən tinglərdən istifadə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.