REGİONLAR


Kürdəmirdə çiyid səpininə başlanılıb

Kürdəmir, 11 aprel, AZƏRTAC

Kürdəmir rayonunda çiyid səpininə başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 2800 hektardan çox sahədə əkin aparılması nəzərdə tutulur. Səpinə ciddi hazırlıq görülüb. Belə ki, pambıqçılıqla məşğul olan fermerlər və fiziki şəxslər əkin aparılacaq sahələrin vaxtında şumlanmasını, arata qoyulmasını və malalanaraq hazır vəziyyətə gətirilməsini təmin ediblər. Kifayət qədər toxum və gübrə tədarük olunub. Səpinə ilkin olaraq 6 səpin aqreqatı cəlb edilib.

Rayonda səpinə ilkin olaraq Carlı, Mehdili, Böyük Kəngərli, Yenikənd, Ərəbqubalı ərazi vahidlərində başlanılıb. Sahibkarlar bu mühüm kampaniyanın 15-20 iş günündə başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.