REGİONLAR
Kürdəmirdə cins və cinsi yaxşılaşdırılan inəklərin sayı 2373 başa çatdırılıb
Kürdəmir, 31 oktyabr, AZƏRTAC
Son illər Kürdəmir rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür və hazırda bölgədə cins və cinsi yaxşılaşdırılan inəklərin sayı 2373 başa çatdırılıb.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hazırda rayonda 64 min 98 baş iribuynuzlu mal-qara var və onların 53 min 606 başı inəkdir. Son illər Azərbaycana gətirilən və güzəştli qiymətlərlə satılan cins inəklərin 365 başı heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən alınıb. Hazırda cins inəklərin sayı 650-yə çatıb, süni mayalandırma yolu ilə 1723 baş cinsi yaxşılaşdırılan inək yetişdirilib.
Qeyd edək ki, inəklərin süni mayalandırma yolu ilə cins tərkibinin yaxşılaşdırılaraq daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ciddi iş aparılır.