REGİONLAR


Kürdəmirdə dəm qazından zəhərlənən qadın ölüb

Kürdəmir, 28 yanvar, AZƏRTAC

Kürdəmirdə bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Mustafa Kamal Atatürk küçəsində qeydə alınıb. Belə ki, 2 uşaq anası olan 1971-ci il təvəllüdlü Pakizə Bəhlul qızı İbrahimova yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. P.İbrahimova evdə tək olduğundan onun hamam otağında boğulduğundan gec xəbər tutulub.

Pakizə İbrahimovanın cəsədi müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.