REGİONLAR
Kürdəmirdə doqquz ayda 6968 tondan çox ət istehsalı olunub
Kürdəmir, 14 oktyabr, AZƏRTAC
Kürdəmir rayonunun heyvandarları cari ilin doqquz ayını bir sıra nailiyyətlərlə başa vurublar. Belə ki, əsas göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövründəkindən çox olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, doqquz ayda diri çəkidə 6968,6 ton ət istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,5 ton çoxdur. Habelə, süd istehsalı 1630 ton artaraq 35 min 796 tona çatıb. Quşçuluq sahəsində də nəticə yaxşı olub. Təkcə 22 milyon 507 min ədəd yumurta götürülüb ki, bu da əvvəlki illə müqayisədə 245 min ədəd çoxdur.
Qeyd edək ki, hazırda bölgədə 62 min 927 baş inək-camış, 124 min 941 baş qoyun-keçi bəslənilir. Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qaranın baş sayı 782 baş, davarın sayı isə 4179 baş artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]