REGİONLAR
Kürdəmirdə gənclər sosial media sahəsi üzrə maarifləndiriliblər
Kürdəmir, 29 iyul, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Kürdəmir nümayəndəliyində rayon gəncləri üçün "Sosial şəbəkələrdən istifadə qaydaları" mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, region gənclərinin sosial media sahəsi üzrə maariflənməsi məqsədi ilə təşkil olunan təlimdə 19 nəfər gənc iştirak edib. GİKM-in Kürdəmir nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Çinarə Rəsulova gənclərə sosial şəbəkələrdən istifadə qaydaları, onların yaranma səbəbləri, bir-birindən fərqli cəhətləri, üstünlükləri və istifadəçi sayı haqqında məlumat verib.
Təlim çərçivəsində gənclər 5 qrupa bölünərək mövzulara uyğun qrup işləri təqdim ediblər.
Sonda gəncləri maraqlandıran suallar əsasında müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]