REGİONLAR


Kürdəmirdə hər gün zəmilərə 100-ə yaxın kombayn çıxarılır

Kürdəmir, 14 iyun, AZƏRTAC

Əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Kürdəmir rayonunda taxıl biçini sürətlə davam edir və artıq 15 min 133 hektar zəminin məhsulu yığılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda hər gün zəmilərə 100-ə yaxın kombayn çıxarılır.

Qeyd edək ki, cari mövsümdə bölgədə 45 min 40 hektar sahədə taxıl yetişdirilib. Bunun 16 min 72 hektarı buğda, 28 min 968 hektarı arpadır. Hələlik arpa zəmilərinin məhsulu yığılır. Orta məhsuldarlıq hazırda 30,2 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən artıqdır. Ən çox taxıl əkilən Karrar, Qarasaqqal, Qarasu, Ərəbqubalı, Muradxan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılır və bu yerlərdə fermerlər və fiziki şəxslər yüksək məhsuldarlığa nail olurlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.