REGİONLAR


Kürdəmirdə indiyədək 3100 tondan çox pambıq yığılıb

Kürdəmir, 12 oktyabr, AZƏRTAC 

Kürdəmir rayonunda kütləvi pambıq yığımı davam edir və indiyədək 3190 ton məhsul toplanıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 2809 hektar sahədə “ağ qızıl” yetişdirilib. İlk gündən yığıma mütəşəkkil hazırlıqla başlanılıb. Hazırda hər gün məhsul yığımına 2 min nəfərədək işçi qüvvəsi çıxır, tarlalardan orta hesabla 200 ton pambıq toplanır. Pambıq yığımına xeyli sayda kombayn da cəlb olunub.

Rayonun əksər ərazilərində, o cümlədən Muradxan, Carlı, Topalhəsənli, Şilyan, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi vahidlərində bol məhsul yetişdirilib. Hər yerdə ağır zəhmət bahasına yetişdirilən “ağ qızıl”ın tez və itkisiz toplanması üçün ciddi səy göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.