CƏMİYYƏT


Kürdəmirdə insanları fala baxmaq adı ilə aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın saxlanılıb

Bakı, 25 yanvar, AZƏRTAC

Kürdəmir rayonunun qadın sakini polis şöbəsinə müraciət edərək yanvarın 19-da tanımadığı qadının yaşadığı evə gəldiyini və fala baxmaq adı ilə oraya daxil olduğunu, həmin zaman onun huşunu itirməsindən istifadə edərək 500 manat məbləğində pulunu və 4800 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilib. Dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını mənimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Aygün Abdullayeva olduğu müəyyənləşdirilib. Həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılan qadın barəsində Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.