REGİONLAR
Kürdəmirdə karantin rejimini pozan bir qrup sakin cərimələnib
Kürdəmir, 10 avqust, AZƏRTAC
Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları Xəlsə kəndində fəaliyyət göstərən kafedə 15 nəfər sakinin ad günü keçirərək karantin qaydalarını pozması faktını müəyyənləşdiriblər. Kafe sahibi Babaşov Namiq Cəfər oğlu və onun müştəriləri saxlanılaraq rayon polis şöbəsinə dəvət olunublar. İlkin olaraq onlara karantin rejiminin qaydaları izah edilib. Saxlanılanlar etdikləri əməldən peşman olduqlarını bildiriblər. Sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən, inzibati cərimə tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]