REGİONLAR
Kürdəmirdə kartof istehsalı 652 ton artıb
Kürdəmir, 20 iyul, AZƏRTAC
Kürdəmir rayonunda cari mövsümdə 11 min 463 ton yazlıq kartof istehsal olunub. Bu göstərici ötən ildəkindən 652 ton və ya 6 faiz çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartofçuluq Kürdəmirdə ənənəvi sahədir və hər il əkin sahələri, eləcə də məhsul istehsalı artır. Artıq istehsal edilən kartof nəinki yerli, ətraf rayonların bazarlarına çıxarılıb.
Qeyd edək ki, kartof rayonun daha çox Kürqırağı ərazilərində, o cümlədən Axtaçı, Mehdili, habelə Muradxan, Ərəbqubalı və digər bir sıra ərazi dairələrində əkilir.
Bu günlərdə payızlıq kartof əkininə hazırlıq işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]