REGİONLAR


Kürdəmirdə kənd yolları asfaltlanır

Kürdəmir, 25 iyun, AZƏRTAC 

Kürdəmir rayonunda yol infrastrukturunun yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda uzunluğu 14,3 kilometr olan IV dərəcəli Şilyan-Qarasu yoluna asfalt çəkilir. İşlərə 2 aydır ki, başlanılıb. Yolun çəkilişini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı xüsusi təyinatlı yol idarəsi həyata keçirir. Bu günədək yolun 3 kilometri asfaltlanıb və əlavə olaraq yolun 5 kilometrlik hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Yolun Baş Şirvan Kollektorunun üzərindən keçən hissəsində aşırımı 31,6 metr olan yeni körpü salınıb. Yolun tikintisinə 15-dən çox ağır texnika və 40-dək işçi qüvvəsi cəlb olunub.

Qeyd edək ki, Şilyan-Qarasu yolunda aparılan yenidənqurma işləri 2 kəndin 10 min nəfərdən çox əhalisinin işini xeyli asanlaşdıracaq.

Rayonda Şilyan-Qarasu yolu ilə yanaşı, 34,5 kilometrlik Pirli-Muradxan-Sor-Sor, 37,2 kilometrlik Karrar-Bağman-Böyük Kəngərli və 3,75 kilometrlik Yenikənd-Dəyirmanlı yollarında da tikinti işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.