REGİONLAR


Kürdəmirdə müəllimlərlə görüş keçirilib

Kürdəmir, 5 oktyabr, AZƏRTAC

Kürdəmir Rayon İcra Hakimiyyətində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun bir qrup qabaqcıl təhsil işçisi ilə keçirilən görüşü icra hakimiyyətinin başçısı Elxan İbrahimov açaraq müəllimləri təbrik edib, onlara şərəfli peşələrində uğurlar arzulayıb. İcra başçısı diqqəti ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafina, müəllim əməyinə verdiyi dəyərə cəlb edərək, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən təhsildə aparılan islahatlardan, təhsil işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

Görüşdə təhsildə səmərəli fəaliyyəti olan bir qrup müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.