CƏMİYYƏT


Kürdəmirdə müəssisələrin birindən oğurluq edən şəxs yaxalanıb

Bakı, 6 noyabr, AZƏRTAC 

Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Xırdapay kəndi ərazisində tikinti işləri aparan MMC-lərdən birinə məxsus 2350 manat dəyərində tikinti avadanlığının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xırdapay kənd sakini 40 yaşlı Z.Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Onun oğurladığı avadanlığın bir qismi maddi sübut kimi ondan götürülüb. Z.Süleymanovun əvvəllər Rusiya Federasiyasında sifarişli qətldə iştirakçı olduğu üçün 11 il azadlıqdan məhrum edildiyi bildirilib.

Əməliyyat tədbirinin davamı olaraq Z.Süleymanovun yaşadığı mənzilə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 4,5 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.